” Energy Solutions” MMC 2020-ci ildən fəaliyyət göstərir və əsas fəaliyyət istiqaməti neft-qaz yataqlarının effektiv işlənməsini təmin etmək üçün zəruri laboratoriya tədqiqatlarını aparır.
2024-cü il sentyabr ayınnan etibarən Səriştəlilik sınaqlarının keçirilməsi üçün Türkiyənin LAKSİS Azərbaycan şöbəsini qurmuşdur.
LAKSiS haqqında
LAKSiS Kombobit LTD-nin törəmə şirkətidir və 2019-cu ildən Zafer Teknoparkın tərkibində fəaliyyət göstərir. LAKSiS, akkreditə olunmuş və akkreditə olunmaqda olan laboratoriyaların Laboratoriyalararası Müqayisə (LAK) fəaliyyətinin daha sürətli, daha effektiv və sistemli təşkilinə imkan verən Laboratoriyalararası Müqayisə platformasıdır. Bu, internet əsaslı platforma vasitəsilə səriştə testi təminatçılarını və iştirakçı laboratoriyaları interaktiv şəkildə bir araya gətirərək LAK fəaliyyətlərini daha sürətli, daha effektiv və daha ucuz şəkildə həyata keçirməyi hədəfləyən WEB əsaslı platformadır.
LAKSİS Azərbaycan şöbəsi olaraq Neft, Qaz, Su, Beton, Qrunt və digər nümunələrin sınaqlarının Laboratoriyalar arası Səriştəlilik sınaqları təminatçılığını fəaliyyətini göstərir.
Sınaqlar "ISO/IEC 17043 Uyğunluğun Qiymətləndirilməsi-Səriştəlilik Sınaqlarına Ümumi Tələblər" standartı əsasında təşkil edilir və qiymətləndirmələr bu standartın tələblərinə əsasən beynəlxalq standartlara uyğun olaraq aparılır.
2025-ci il üçün nəzərdə tutulan Laboratoriyalar arası Səriştəlilik sınaqlarında iştirak etmək üçün, www.laksis.com saytında qeydiyyatdan keçərək akkreditasiya sahənizə uyğun metodları əlavə edə bilərsiz.
Azərbaycandan olunan müraciətlər avtomatik şəkildə Laksis Azərbaycan şöbəsinə yönləndirilir.